Modern.az

Moskva Qafqazda Qərbin vasitəçiliyini şübhə altına alır

Moskva Qafqazda Qərbin vasitəçiliyini şübhə altına alır

Aktual

17 May 2023, 19:53

Moskva Ermənistan-Azərbaycan prosesində Qərbin vasitəçiliyinin müsbət nəticələrini görmür.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

 

O qeyd edib ki, Qərb gündəmi yarımçıq qoyaraq Rusiya Federasiyasının nailiyyətlərini öz üzərinə götürmək istəyir. Zaxarova, həmçinin bildirib ki, Qərbin səylərinin heç bir konstruktivliyi və real nəticəsi yoxdur. 

 

"Rusiya tərəfi nəticə verən addımları yüksək qiymətləndirir. Amma Qərbin timsalında, hələ ki qiymətləndirəcək heç nə yoxdur", - XİN rəsmisi vurğulayıb.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!