Modern.az

Bayden ilk dəfə Xirosimaya getdi

Bayden ilk dəfə Xirosimaya getdi

Aktual

18 May 2023, 13:32

ABŞ prezidenti Co Bayden Yeddilər qrupunun (G7) mayın 19-21-də Xirosima şəhərində keçiriləcək sammitində iştirak etmək üçün Yaponiyaya səfər edib.

 

Modern.az xəbər verir ki, onun təyyarəsi ABŞ-ın Yamaquti prefekturasının İvakuni şəhərində yerləşən dəniz piyadalarının aviabazasına enib.

 

Bayden oradan Yaponiyanın Baş naziri Fumio Kisida ilə ikitərəfli görüşün planlaşdırıldığı Xirosima şəhərinə gedib.

 

Qeyd edək ki, Co Bayden dövlət başçısı postunda Xirosima şəhərini ziyarət edən ikinci ABŞ prezidenti olacaq. Bundan öncə 2016-cı ildə Barak Obama II Dünya müharibəsinin sonlarında ABŞ tərəfindən atom bombardmanına məruz qalan şəhərə səfər etmişdi.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!