Modern.az

Heydər Əliyev ürəklərə əbədi həkk olunmuş dahi şəxsiyyətdir - FOTOLAR 

Heydər Əliyev ürəklərə əbədi həkk olunmuş dahi şəxsiyyətdir - FOTOLAR 

Aktual

24 May 2023, 10:04

"Heydər Əliyev İli" çərçivəsində YAP Kəlbəcər rayon təşkilatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Bərdə rayonunda  fəaliyyət göstərən şəhid Qurban Hüseyinov adına Kəlbəcər rayon 79 saylı orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Heydər Əliyev ürəklərə əbədi həkk olunmuş dahi şəxsiyyət mövzusunda tədbir keçirildi.

 

Modern.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Şərqi Zəngəzur Regional  Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun müdri Namiq Rəcəbov və məktəbin müəllim-şagird kollektivi iştirak etdi.

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Məktəbdə eyni zamanda təşkil olunan şagirdlərin əl işlərindən ibarət sərgiyə də baxış keçirildi. Sərgidə şagirdlərin müxtəlif sənət sahələri üzrə bacarıqları nümayiş etdirilirdi. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun müdri Namiq Rəcəbov vurğulayıb ki, XX əsrin 90-cı illərində dövlətçiliyini bərpa edən, azadlığına qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması məhz ümummilli lider Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin siyasi və nəzəri əsaslarını irəli sürdü.

 

YAP Kəlbəcər rayon təşkilatının sədri  Həbib Misirov çıxış edərək bildirdi ki, müasir Azərbaycan dövlətinin banisi, müstəqilliyimizin güclənməsində, onun daha da inkişaf etdirilməsində də  Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri vardır. Ulu öndər  Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü, qayğı və diqqət göstərdiyi, canından çox istədiyi Azərbaycanı bir dövlət kimi zamanın sərt və ağır sınaqlardan çıxarmışdır.Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Məktəbin direktoru Xosrov Musayaev çıxış edərək bildirdi ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər və ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.

 

Sonda YAP Kəlbəcər rayon təşkilatı tərəfindən  Partiyanın  fəal üzvlərinə Fəxri fərmanlar və "Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edən şagirdlərə təşəkkürnamə diplomları təqdim edildi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?