Modern.az

Kərim Vəliyev Pakistan xüsusi təyinatlılarının diviziyasında - FOTO

Kərim Vəliyev Pakistan xüsusi təyinatlılarının diviziyasında - FOTO

25 May 2023, 13:14

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Xüsusi Xidmətlər Qrupu (SSG) diviziyasında olub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, SSG diviziya komandiri general-mayor Adil Rəhmani nümayəndə heyətinə diviziyanın təyinatı və təlim prosesi haqqında ətraflı məlumat verib. Bildirilib ki, diviziyanın şəxsi heyəti xüsusi təyinatlılardan ibarətdir və əsasən əks-terror, mühüm hədəflərin aşkar edilməsi, girovların azad edilməsi, informasiya, psixoloji və bir sıra digər xüsusi əməliyyatlara cəlb olunur.


Sonra SSG-nin təlim ərazisi ilə tanışlıq keçirilib, diviziyanın sərəncamında olan silah və texnika, habelə digər hərbi təyinatlı vasitələr nümayəndə heyətinə nümayiş etdirilib.


Sonda general-polkovnik K.Vəliyev SSG diviziyasının Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.


Görüşdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Xəzər Fərhadov da iştirak edib.

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?