Modern.az

Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır - BMT rəsmisi

Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır - BMT rəsmisi

26 May 2023, 10:54

Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır.

 

Modern.az-ın məlumatına görə, bunu Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına video müraciətində Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidmətinin (UNMAS) direktoru İlene Kon deyib.

 

O bildirib ki, BMT ölkələrin minalardan təmizlənməsinə yardım etməyə, minaların yayılmasının qarşısının alınmasını təşviq etməyə davam edəcək.

 

O deyib ki, Azərbaycan hökuməti, ANAMA minaların təmizlənməsi istiqamətində əhəmiyyətli işlər görüb. BMT rəsmisi qeyd edib ki, ANAMA həm də digər ölkələrlə öz təcrübəsini bölüşür ki, bu da vacibdir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi