Modern.az

83 yaşlı Al Paçino 4-cü dəfə ata olur

83 yaşlı Al Paçino 4-cü dəfə ata olur

Aktual

31 May 2023, 12:35

Ötən günlərdə məşhur aktyor Robert De Nironun 79 yaşında ata olacağı barədə xəbərlərin yayılmasından sonra bu dəfə Al Paçinonun sevgilisinin hamilə olduğu bildirilir.

 

Modern.az xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.

 

Məlumata görə, 83 yaşlı aktyorun 29 yaşlı sevgilisi Nur Alfallah 8 aylıq hamilədir. 

 

İkisi ekiz olmaqla 3 övladı olan Al Paçinonun nümayəndəsi xəbəri təsdiqləyib və cütlüyün uşaq gözlədiyini bildirib.

 

Al Paçino və Alfallah cütlüyünün ötən ilin aprelindən bu yana birlikdə olduğu məlum olub. Sonuncu dəfə cütlük keçən ay Los-Ancelesdəki restoranlardan birində görünüb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?