Modern.az

Türk Qızıl Aypara Cəmiyyətinin Bakıdakı nümayəndəsi dəyişdi

Türk Qızıl Aypara Cəmiyyətinin Bakıdakı nümayəndəsi dəyişdi

7 İyun 2023, 11:22

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi “Twitter“ hesabında paylaşım edilib.

 

Qeyd olunub ki, görüş zamanı Azərbaycanda səlahiyyət müddəti başa çatan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mustafa Səngərə xidmətlərinə və Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına verdiyi töhfələrə görə təşəkkür edilib.

 

Həmçinin cəmiyyətin yeni nümayəndəsi Hüseyn Çıtaka vəzifəsində uğurlar arzulanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?