Modern.az

Göygöldə oğurluq edən şəxslər SAXLANILDI

Göygöldə oğurluq edən şəxslər SAXLANILDI

12 İyun 2023, 07:57

Göygöl rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi və Sarısu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında rayonun Pənahlılar kəndindəki vətəndaşa məxsus un dəyirmanından ümumi dəyəri 4 700 manat olan mühərrik və digər ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini Samir Əmirov və Goranboy rayon sakini Umud Yusibov saxlanılıb.

 

Şübhəli şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar iyun ayının 6-da və 7-də ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 18 baş xırdabuynuzlu heyvanları da oğurlayıblar.

 

Faktlarla bağlı Göygöl Rayon Polis Şöbəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?