Gürcüstan parlamenti Azərbaycanla imzalanan hərbi sazişi təsdiq edib.
Modern.az xəbər verir ki, bu barədə parlamentin saytında məlumat yayılıb.
Bildirilib ki, “Gürcüstan Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” saziş 80 səslə ratifikasiya edilib.
Gürcüstan müdafiə nazirinin müavini Qriqol Qiorqadze sazişin təfərrüatları barədə məlumat verib.
Onun sözlərinə görə, iki ölkənin Müdafiə nazirlikləri arasında əməkdaşlığa hərbi təhsil, təlim, maddi-texniki təminat, hərbi tibb, hərbi qanunvericilik və NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq istiqamətləri daxildir.