Modern.az

Paşinyan bu məsələdə geri addım atmayıb - Türkiyə lideri

Paşinyan bu məsələdə geri addım atmayıb - Türkiyə lideri

Aktual

14 İyun 2023, 14:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanın Ankaraya səfərindən danışıb.

 

Modern.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Paşinyanla ayaqüstü danışıqlar apardığını deyib.

 

Ərdoğan dəvətə müsbət cavab verərək Ankaraya gəldiyi üçün Paşinyana minnətdarlığını bildirib.

 

"Paşinyanın Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıya biləcəkləri ilə bağlı son bəyanatı da bu mənada mühüm əhəmiyyət kəsb edir. Təbii ki, bunu tanıması mühüm inkişafdır. Amma bayaq qeyd etdiyiniz kimi, Ermənistanda Paşinyana münasibət də çox önəmlidir. Paşinyan hələlik bu məsələdə geri addım atmayıb", - Türkiyə lideri vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?