Türkiyənin İstanbul şəhərinin dəniz sahillərində nəhəng meduza aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" nəşri məlumat yayıb.
Bildirilir ki, Maltəpə sahillərində aşkarlanan meduzanın uzunluğu 4 metrə yaxındır. Adətən Şimal və Aralıq dənizlərində yaşayan nəhəng kompas meduzalarının Mərmərə dənizində görünməsi nadir hadisədir.
Aşkarlanan meduzanın zəhərli olduğu deyilir.




