Modern.az

Azərbaycandan ilk zəvvar qrupu Həcc üçün yola düşdü

Azərbaycandan ilk zəvvar qrupu Həcc üçün yola düşdü

17 İyun 2023, 08:52

Bu gündən Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına səfərlər başlayır.

 

Modern.az xəbər verir ki, ilk zəvvar qrupu Bakı vaxtı ilə saat 05:45-də Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüblər.

 

Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib ki, zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanı saatı ilə saat 08:45-də çatacaqlar:

 

“Sonuncu zəvvar qrupu iyunun 22-də yola düşəcək. Ümumilikdə 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə ziyarətə gedəcək. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar. Sonuncu zəvvar qrupu iyulun 11-də Mədinədən yola düşəcək”.

 

Qeyd edək ki, Həcc ziyarəti ilə bağlı sənəd qəbulu martın 17-dən başlayıb. Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir. Ziyarətə getmək üçün yaş məhdudiyyəti yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var