Modern.az

Raket və artilleriya bölmələri atəş açdı - VİDEO

Raket və artilleriya bölmələri atəş açdı - VİDEO

Aktual

19 İyun 2023, 11:46

2023-cü ilin hazırlıq planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələrində atəş tapşırıqları icra edilib.

 

Daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması və icrası üzrə tapşırıqları yerinə yetiriblər.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Təlimdə bölmələr reaktiv yaylım atəşi sistemlərindən döyüş atışları icra ediblər.

 

Təlimin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, raket və artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilidir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?