Modern.az

Kürdəmirdə maşın hasara çırpılıb - Xəsarət alan var

Kürdəmirdə maşın hasara çırpılıb - Xəsarət alan var

Aktual

19 İyun 2023, 17:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İsuzu” markalı yük avtomobili yol kənarındakı hasara çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?