Modern.az

Deputat: Ciddi islahatlara ehtiyac var

Deputat: Ciddi islahatlara ehtiyac var

Aktual

22 İyun 2023, 11:19

“Ölkədə 13 milyondan artıq kart sahibi, 24 milyard manatdan çox dövriyyə var. Bu rəqəmlər getdikcə artacaq”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Mahir Abbaszadə deyib. O, rəqəmlərin artacağını bildirib.

 

“Odur ki, bu sahədə ciddi islahatlara ehtiyac var. Ölkədə elektron ticarətin sürətləndirilməsi və nağdsız əməliyyatların artırılması ilə bağlı aparılan işlər iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək. Xüsusilə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsi təhlükəsizliyin təmin olunması baxımından çox vacibdir. Çünki elektron sistemlərin bizdə yeni tətbiqi, xüsusilə kart sisteminə yeni keçilməsi, bəzi adamlardakı təcrübəsizlik istehlakçı hüquqlarının pozulmasına səbəb olub. Bu baxımdan elektron ödənişlərdə nizam-intizam yaradılması çox vacibdir”, - deputat vurğulayıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?