Modern.az

Havada tozun miqdarı normadan yüksəkdir - XƏBƏRDARLIQ

Havada tozun miqdarı normadan yüksəkdir - XƏBƏRDARLIQ

Aktual

28 İyun 2023, 20:50

Bu gün Bakı və Abşeron yarımadasında gün ərzində havada toz müşahidə olunur. Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən havada tozun miqdarı 1.5 dəfə normadan yüksək müəyyən edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Qeyd edilir ki, müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar küləkli hava şəraitində müşahidə olunan lokal xarakterlidir. İyunun 29-da şimal küləyinin mülayimləşməsi nəticəsində tozun konsentratsiyasının azalması proqnozlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?