Modern.az

İran İsveçə yeni səfir GÖNDƏRMƏYƏCƏK

İran İsveçə yeni səfir GÖNDƏRMƏYƏCƏK

Aktual

2 İyul 2023, 09:56

İsveçdə “Qurani-Kərim”in təhqir olunmasına görə İran bu ölkəyə yeni səfir göndərməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə IRNA Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

 

Bildirilib ki, İran İslam Respublikasının İsveçə yeni səfirinin göndərilməsi üçün inzibati prosedurları tamamlamasına baxmayaraq, “Qurani-Kərim”in təhqir olunmasına görə Xarici İşlər Nazirliyi hələlik yeni səfiri göndərməyəcək.

 

Qeyd edək ki, İran İsveçdə "Qurani-Kərim"in yandırılmasını pisləyib, İsveç səfiri XİN-ə çağırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?