Modern.az

Azərbaycan Qoşulmama Hərəkatında uğurlu fəaliyyət qurub

Azərbaycan Qoşulmama Hərəkatında uğurlu fəaliyyət qurub

Aktual

7 İyul 2023, 10:52

Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə qoşulub. Həmin tarixdən başlayaraq təşkilatın inkişaf və güclənməsinə öz töhfəsini verir. 2019-cu ildə Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan Respublikası 2019-2022-ci illər üzrə dünyada BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan quruma sədrlik etməyə başladı. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.

Azərbaycan Hərəkata rəhbərlik etdiyi dövrdə fəaliyyətini uğurla qurdu. Birləşmiş Millətlər Təşkilatı çərçivəsində vaksinlərin ədalətsiz bölgüsünə etiraz mahiyyəti daşıyan qətnamə qəbul edildi. Azərbaycanın bu istiqamətdə fəallığı və gördüyü işlər nəzərə alınaraq təşkilata sədrliyi daha 1 il uzadıldı. Bu müddətdə Azərbaycan öz fəaliyyətini qoruyaraq Qoşulmama Hərəkatının Parlament və Gənclər şəbəkəsinin yaradılmasına nail oldu. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan təşkilat çərçivəsində fəaliyyətini tam uğurla davam etdirir. Prossesə öz töhfəsini verir.

Hərəkat özündə dünyanın 120 ölkəsini birləşdirir. Bu ölkələr Azərbaycanın mövqeyini dəstəkləyir.

Qarabağ və digər məsələlərlə bağlı ölkəmizin yanında olublar.

Haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhdlər edilsə də, həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dost ölkələr Azərbaycana qarşı yönəlmiş əməllərin qarşısını aldılar. Bununla da ermənipərəst qüvvələrin Azərbaycana qarşı hücumu fiaskoya uğrayıb.

Vətən müharibəsi başa çatdıqdan sonra - 2020-ci ilin noyabrından indiyə kimi mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın hərbi cinayətlərinin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır.


Bütün çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir.

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu. Dövlət başçısı eyni zamanda, Fransanın müstəmləkəçilik siyasəti haqqında söz açdı və Fransanın müxtəlif ölkələrdə törətdiyi soyqırımlarından danışdı.

Prezidentin Fransanın siyasətini ifşa edən növbəti çıxışının şahidi olduq. Cənab İlham Əliyev Fransanı sərt formada tənqid etdi və bu tənqidlərin də ciddi əsasları var. Tarixə baxanda görürük ki, Fransanın əli milyonlarla insanın qanına batıb.

Təəssüf ki, Avropada islamofob meyllər getdikcə artır. Bir sıra ölkələrdə Quranın yandırılması, eləcə də müsəlmanlara qarşı dözümsüz münasibətlər geniş vüsət alır.

Həmin ölkələrin başında Fransa durur: “Fransa davamlı olaraq bir sıra məsələlərdə Azərbaycanı günahlandırmağa çalışır. Reallıq isə odur ki, özünü demokratiyanın beşiyi sayan Fransada Əlcəzair vətəndaşlarının sümükləri muzeydə nümayiş etdirilir. Onlar hələ də bu siyasəti davam etdirir, müsəlmanlara qarşı yenə amansız hərəkətlər edir. Fransa Azərbaycana qarşı da təxribatçı çıxışlar edir. Fransa Azərbaycanın daxili işlərinə qarışmalı deyil. Eyni zamanda, sülhün bərqərar olmasına mane olmalı deyil”.


Ceyhun Məmmədov,
Mili Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?