Modern.az

Türkiyədən İsveçin NATO üzvlüyü ilə bağlı YENİ ŞƏRT

Türkiyədən İsveçin NATO üzvlüyü ilə bağlı YENİ ŞƏRT

Aktual

10 İyul 2023, 14:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyü ilə bağlı yeni şərt irəli sürüb.

 

Modern.az xəbər verir ki, dövlət başçısı Litvada keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında önəmli mesajlar verib.

 

Ərdoğan bildirib ki, Türkiyənin Avropa İttifaqına gedən yolunu açmaq lazımdır. Bundan sonra İsveç NATO-ya üzv ola bilər.

 

“Xalqımızın bizdən gözləntisi var. Siz bizim ittifaqa gedən yolumuzu açın ki, biz də İsveçin üzvlüyünü təsdiqləyək”, - Prezident vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?