Modern.az

Çayda çimən ata və 3 yaşlı oğlu boğuldu

Çayda çimən ata və 3 yaşlı oğlu boğuldu

Aktual

13 İyul 2023, 09:08

İmişlidə Araz çayında çimən ata və üç yaşlı oğlu batıb.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Şahverdili kəndində baş verib.

 

Belə ki, Əliyev Asif Ələsgər oğlu və oğlu 2020-ci il təvəllüdlü Əliyev Rəvan Asif oğlu Araz çayının həmin kənd ərazisindən keçən hissəsində çimərkən boğulublar.

 

Asif Əliyevin meyiti batdığı ərazidən, oğlunun meyiti isə çayın Məzrəli kəndi ərazisindən keçən hissəsindən tapılıb.

 

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə