Modern.az

Üçtərəfli görüşdə nələr müzakirə olundu? - DETALLAR

Üçtərəfli görüşdə nələr müzakirə olundu? - DETALLAR

Aktual

15 İyul 2023, 19:42

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşündə müzakirə olunan məsələlər məlum olub.

 

Modern.az xəbər verir ki, üçtərəfli görüşdə sərhədlərin delimitasiyası, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər hissələri ilə nəqliyyat əlaqəsinin yaradılması, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və onların tərk-silah edilməsi, Laçın yolunda qaçaqmalçılıq məsələləri müzakirə olunub. Eyni zamanda, humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perspektivi müzakirə edilib.

 

Həmçinin Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycanın tərkibində Azərbaycan Konstitusiyası və suverenliyi çərçivəsində yaşaması müzakirə mövzusu olub.

 

Eyni zamanda, Qərbi Azərbaycan icması və onların qayıdışı məsələsi müzakirə olunub.

Bu xəbər ilə bağlı
Brüsseldə üçtərəfli görüş başa çatdı - YENİLƏNİB
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?