Modern.az

Qanunsuz qum-çınqıl daşıyanlar CƏRİMƏLƏNDİ

Qanunsuz qum-çınqıl daşıyanlar CƏRİMƏLƏNDİ

19 İyul 2023, 11:44

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə hallarının, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınmasının təmin edilməsi məqsədi ilə birgə tədbir keçirilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı qeyri-qanuni qum-çınqıl daşınmasını təşkil edən bir nəfər müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?