Modern.az

Bakıda marşrut avtobusu YANDI

Bakıda marşrut avtobusu YANDI

Aktual

21 İyul 2023, 14:32

Bakı şəhərinin Xətai rayonunda “İsuzu” markalı avtobusun yanar hissələri yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Xəbərə görə, yüksək temperaturdan yaxınlıqdakı “Mercedes” markalı avtobusun arxa işıqları əriyib. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Avtobusun yanması barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi də məlumat yayıb.

 

Qeyd olunub ki, bu gün saat 13:00 radələrində paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində “İsuzu” markalı, 99-JU-545 dövlət qeydiyyat nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb. Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?