Modern.az

Füzuli sakini Bakıda tutuldu

Füzuli sakini Bakıda tutuldu

Aktual

22 İyul 2023, 15:54

Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsi ərazisində müxtəlif vaxtlarda “KİA”, “Mercedes” və “QAZel” markalı 3 avtomobildən və 2 nəfərdən mobil telefon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Samir İsgəndərov müəyyən olunaraq saxlanılıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?