Modern.az

18 yaşlı gənci qətlə yetirən şəxs tutuldu 

18 yaşlı gənci qətlə yetirən şəxs tutuldu 

Aktual

22 İyul 2023, 18:49

İyulun 22-də saat 17 radələrində Abşeron rayonu Mexkalon qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Abbasov Sərdar Sərxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Abşeron rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırma zamanı 2005-ci il təvəllüdlü Mirzəyev Fərid Nafiz oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla Sərdar Abbasova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Fərid Mirzəyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

 

İbtidai istintaq davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!