Modern.az

Əbədi yaşaya bilən canlı TAPILDI

Əbədi yaşaya bilən canlı TAPILDI

25 İyul 2023, 08:30

Neapoldakı (İtaliya) zooloji stansiyada çalışan alimlər okeanda əbədi yaşaya bilən meduza (“Turritopsis dohrnii”) aşkar ediblər.


Modern.az xəbər verir ki, zooloqlar bu kəşf haqqında “The Biologist” jurnalında məlumat veriblər.


Tədqiqatçılar bildiriblər ki, bu növün bəzi nümayəndələri təxminən 66 milyon ildir yaşayır, onlar dinozavrların nəsli kəsilmədən əvvəl doğulublar.

 

Alimlər meduzaları tədqiq edərək, onların əks istiqamətdə qocalması qənaətinə gəliblər. Çox qocaldıqda və ya zədələndikdə, meduza polip mərhələsinə geriləyir və sonra yenidən böyüyür. Bunun üçün o, “çadır”larını udur və dənizin dibində hüceyrələr toplusuna çevrilir.


Zooloqlar bu dövrü laboratoriyada təkrarlaya biliblər. Məlum olub ki, meduzalar iki il ərzində 10 dəfəyə qədər polip mərhələsinə qayıdır. Tədqiqat zamanı alimlər qocalma və DNT ilə əlaqəli mindən çox geni müəyyən edə biliblər.


Əlavə genetik analizlər əbədi həyatın altında yatan hüceyrə mexanizmlərinə işıq salmağa kömək edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?