Avstraliyada balinalar kütləvi şəkildə dəniz sahilinə çıxıb.
Modern.az xəbər verir ki, bu barədə Avstraliyanın yerli qurumları məlumat yayıb.
Bildirilir ki, "Zəncir çimərlikləri" adlanan ərazidə sahilə çıxan 51 balina tələf olub. Könüllülər və yerli qurumlar sağ qalan 46 balinanı dərin sulara qaytarmağa çalışırlar.
Balinaların kütləvi şəkildə sahilə niyə çıxdığı hələlik məlum deyil.