Bakıda çimərlikdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də Şıx çimərliyində bir nəfərin içərisində pulu, mobil telefonu, qulaqcıq, qol saatı, bank kartları və sənədləri olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qüdrət Sultanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.