Modern.az

Sabirabadda mal-qara oğruları həbs edildi

Sabirabadda mal-qara oğruları həbs edildi

Aktual

21 May 2024, 08:12

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən Nahid Quliyev və Vüsal Şıxəliyev saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, araşdırmalar zamanı onların 6 təsərrüfatdan 37 baş iri və xırdabuynuzlu heyvan oğurladıqları müəyyən edilib.

 

Bundan əlavə, onların Kürdəmir və Hacıqabul rayonları ərazisində də analoji faktlar törətdikləri məlum olub.

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ