Modern.az

Pirotexniki vasitələr satan şəxs cəzalandırıldı

Pirotexniki vasitələr satan şəxs cəzalandırıldı

17 Dekabr 2024, 09:40

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşində ticarət mərkəzlərinin birində gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən Ş.İbrahimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a bildirilib ki, ondan müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə