Modern.az

2024-cü ildə 122 media işçisi öldürülüb

2024-cü ildə 122 media işçisi öldürülüb

Aktual

6 Yanvar 2025, 09:22

2024-cü ildə 14-ü qadın olmaqla, 122 jurnalist və media işçisi dünyasını dəyişib.

Modern.az xəbər verir ki, məlumat Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) hesabatında qeyd edilib.

2024-cü il jurnalistlər üçün ən ölümcül illərdən biri olub. IFJ BMT-nin Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Konvensiyasının təcili qəbul edilməsinə nail olmaq əzmində olduğunu təsdiqləyib.

Beynəlxalq Jurnalistlər Federasiyasının məlumatına görə, Yaxın Şərq jurnalistlər üçün planetin ən təhlükəli yeri olaraq qalır, Üç həftə ərzində Fələstində 9, Suriyada isə 2 jurnalist öldürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?