Modern.az

Mirzoyan bu gün Blinkenlə strateji tərəfdaşlıq sənədi imzalayacaq

Mirzoyan bu gün Blinkenlə strateji tərəfdaşlıq sənədi imzalayacaq

14 Yanvar 2025, 09:33

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona işgüzar səfər edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 
Məlumata görə, bu gün Vaşinqtonda Ararat Mirzoyan və dövlət katibi Antoni Blinken Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında sənədi imzalayacaqlar.

Tədbir İrəvan vaxtı ilə saat 10:00-da baş tutacaq. İmzalanma mərasimi ABŞ Dövlət Departamentinin YouTube kanalında canlı yayımlanacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat