Modern.az

Oğurluq və narkotiklərlə əlaqəli cinayətlər törədənlər həbs olundular

Oğurluq və narkotiklərlə əlaqəli cinayətlər törədənlər həbs olundular

14 Yanvar 2025, 15:28

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Ruslan Hüseynovdan 3 kiloqrama yaxın marixuana aşkarlanıb.

Modern.az xəbər verir ki, Yevlaxda polisin keçirdiyi növbəti əməliyyat zamanı rayon ərazisində 210 metr uzunluğunda rabitə kabelini oğurlayan əvvəllər məhkum olunmuş Mahmud Nadirov da saxlanılıb.

Hər iki faktla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat