Modern.az

Yaşar Əliyev Quterreşlə belə sağollaşdı - FOTO

Yaşar Əliyev Quterreşlə belə sağollaşdı - FOTO

15 Yanvar 2025, 08:20

Azərbaycanın BMT-dəki sabiq daimi nümayəndəsi Yaşar Əliyev təşkilatın Baş katibi Antonio Quterreşlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Daimi Nümayəndəliyin “X” hesabında paylaşım edilib.

 

“BMT-nin mənzil-qərargahında Baş katib Antonio Quterreş ilə səfir Yaşar Əliyevin vida görüşü səmimi və mehriban şəraitdə keçib. Söhbət zamanı səfir Əliyevin çoxtərəfli diplomatiyaya və BMT dəyərlərinin təşviqinə töhfələri, eyni zamanda Azərbaycanın milli maraqlarının “effektiv və həvəsli” müdafiəsinin həyata keçirilməsi vurğulanıb”, - məlumatda vurğulanıb.

 

Qeyd edək ki, səfir Yaşar Əliyev ötən ay Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən geri çağırılıb. Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Y.Əliyev Çexiyaya səfir təyin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat