Modern.az

Fərid İsmayılov saxlanıldı

Fərid İsmayılov saxlanıldı

Aktual

17 Yanvar 2025, 18:36

“Toplum TV işi” ilə bağlı cinayət işində barəsində polis nəzarətində qətimkan tədbiri seçilən jurnalist Fərid İsmayılov saxlanılıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda o Xətai Rayon Məhkəməsinə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün aparılır.

 

F.İsmayılov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. Bu gün “Toplum TV” işində ibtidai istintaq tamamlanıb, yekun ittihamlar elan edilib.

 

Şərait dəyişdiyindən Fəridin də həbsi üçün təqdimat verilib.

 

Fərid İsmayılovla birgə Nihad İbrahimxəlilov (Libertain) da saxlanılıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat