Modern.az

Bakının məşhur kəsişməsində YENİLİK

Bakının məşhur kəsişməsində YENİLİK

25 Yanvar 2025, 18:33

Bakı şəhəri, Nərimanov rayonunda Ağa Nemətulla küçəsinin Çaykovski küçəsi ilə kəsişməsində hərəkət yenidən təşkil edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sosial şəbəkədə məlumat yayıb.

 

“Nərimanov rayonu, Ağa Nemətulla küçəsinin Çaykovski küçəsi ilə kəsişməsində hərəkət yenidən təşkil edilib. Ağa Nemətulla – Çaykovski – Orucəliyev küçələri istiqamətində sürücülər sağa hərəkət edərək Heydər Əliyev prospektinə çıxa bilərlər”, – agentliyin paylaşımında qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?