Modern.az

Saatlıda 3 narkotacir TUTULDU

Saatlıda 3 narkotacir TUTULDU

Aktual

27 Yanvar 2025, 10:08

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən rayon sakinləri Sahib Astanov, İslam Fətullayev və Asim Qarayev saxlanılıblar.

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Həmin şəxslərdən 2 kiloqram marixuana, çətənə toxumları və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat