Modern.az

Narkotik satışı ilə məşğul olanlar tutuldu - FOTO

Narkotik satışı ilə məşğul olanlar tutuldu - FOTO

Aktual

6 Fevral 2025, 08:40

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Üzeyir Musayev, Elçin Hüsüyev və Anar Məmmədov saxlanılıb. Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub.

Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?