Modern.az

Rəşad Nəbiyev Hacıqabulda vətəndaşları qəbul etdi

Rəşad Nəbiyev Hacıqabulda vətəndaşları qəbul etdi

Aktual

6 Fevral 2025, 11:40

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Hacıqabulda vətəndaşları qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, Hacıqabulda Salyan, Kürdəmir, Hacıqabul rayonları və Şirvan şəhər sakinlərinin müvafiq müraciətlərinə baxılıb: "Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?