Modern.az

ABŞ gəmisi qəzaya uğradı 

ABŞ gəmisi qəzaya uğradı 

Aktual

13 Fevral 2025, 21:50

ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi "Harry Truman” Misir sahillərində ticarət gəmisi ilə toqquşub.

 

Modern.az xəbər verir ki, bu barədə "Breaking Defence" portalı ABŞ-nin 6-cı donanmasının nümayəndəsinə istinadən məlumat yayıb.

 

Toqquşma təyyarədaşıyan gəmi üçün təhlükə yaratmayıb. Ölən və yaralananlar barədə məlumat verilmir.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?