Modern.az

"Həkimlər məni ölümdən qurtardılar"

"Həkimlər məni ölümdən qurtardılar"

13 Fevral 2025, 22:25

İnsult keçirən Xalq artisti Fatma Mahmudova evə buraxılıb.

 

Modern.az xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında aktrisa özü deyib.

 

O bildirib ki, hazırda həkim nəzarətindədir: "Müalicələrimi evdə davam etdirirəm. Həkimlər məni ölümdən qurtardılar. Çox ağır günlər keçirtdim. Xəstəxanada qalmaq çətin idi. Uşalqarım hər gün yanıma gəlib, gedirdilər.

 

Onların əziyyət çəkdiyini görüb, evə gəlmək istədim. İndi də tibb bacıları evimizdədir".

 

Qeyd edək ki, F.Mahmudova ötən il də insult keçirmişdi. Aktrisa uzun müalicədən sonra səhhətinin düzəldiyini demişdi. O, yanvarın 29-da yenidən insult keçirib və xəstəxanaya yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?