Modern.az

Kirayə qaldığı evdən 4 min oğurladı - Polis saxladı

Kirayə qaldığı evdən 4 min oğurladı - Polis saxladı

22 Fevral 2025, 12:15

Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 4000 manat maddi vəsaitin oğurlanması barədə polisə məlumat daxil olub.

Modern.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, həmin evdə kirayəşin kimi yaşayan 33 yaşlı O.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, rayon ərazisində yerləşən şərab evlərinin birindən 3981 manat pul vəsaitini oğurlamaqda şübhəli bilinən İ.Bakirov, N.Yusifov və R.Əmiraslanov saxlanılıb.

Araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?