Modern.az

Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

23 Fevral 2025, 16:47

Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həyatını itirib.

 

Modern.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində ölən şəxs Cəlilabad şəhər sakini, 48 yaşlı Azər Maarif oğlu Cəlilovdur.

 

Məlumata görə, A.Cəlilov müharibənin gərgin döyüşlərinin getdiyi Donetsk istiqamətində həlak olub. O, son 10 ildə Rusiyada yaşayırdı və Moskva şəhərində fəhlə kimi çalışırdı. İki övlad atası olan Cəlilovun cənazəsi artıq doğulduğu Cəlilabad şəhərinə gətirilərək dəfn olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?