Modern.az

Avtomat gizlədən şəxs saxlanıldı

Avtomat gizlədən şəxs saxlanıldı

19 Mart 2025, 10:07

Ağdamda polisin keçirdiyi əməliyyat zamanı silahlı şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Ehtiram Hüseynov idarəsində olan avtomobillə birgə saxlanılıb. Avtomobilə baxış zamanı "AK" markalı avtomat, 1 patron darağı, 29 patron və 1 süngü bıçaq aşkarlanaraq götürülüb. O, silahı bir müddət əvvəl taparaq həyətyanı sahəsində gizlədib, daha sonra gizlətdiyi yeri dəyişmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?