Modern.az

Qəbələ RLS-ə yeni direktor təyin edildi

Qəbələ RLS-ə yeni direktor təyin edildi

26 Mart 2025, 10:14

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus "Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe" MMC-nin (Qəbələ RLS) direktoru İlkin Şıxqəmzəyev vəzifəsindən azad edilib.

Modern.az "Report"a istinadən məlumat verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb.

Onun digər əmri ilə RLS-ə rəhbərlik Vasif Rzayevə həvalə olunub.

Xatırladaq ki, Qəbələ RLS 1985-ci ildə inşa edilib, 2013-cü ilə qədər Rusiyanın Müdafiə Nazirliyinin istismarında, 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin, ondan sonra isə dövlət əmlakı kimi ƏMDX-nın balansında olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat