Modern.az

Sərhəddə 4 milyon manatlıq qaçaqmal tutuldu

Sərhəddə 4 milyon manatlıq qaçaqmal tutuldu

2 Aprel 2025, 11:54

Ötən ay qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 3 milyon 955 min 218 manat оlan qaçaqmal, о cümlədən dron, pnevmatik tapança və ona məxsus qırmalar, dərman vasitələri, pirotexniki vasitələr, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.

Məlumata görə, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 293 kiloqram 867 qram narkоtik vasitə, 4116 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?