Modern.az

Bank kartlarından onlayn yolla 16 min manat oğurlandı

Bank kartlarından onlayn yolla 16 min manat oğurlandı

Aktual

3 Aprel 2025, 10:46

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ayrı-ayrı şəxslərin bank kartlarından ümumilikdə 16.200 manat pulu onlayn yolla oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Bakı şəhər sakini 29 yaşlı Kənan Bayramzadə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?