Modern.az

Ceyhun Bayramov Lavrovla regionu müzakirə etdi

Ceyhun Bayramov Lavrovla regionu müzakirə etdi

Aktual

12 Aprel 2025, 15:56

Aprelin 12-də Antalyada keçirilən Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan XİN-in Mətbuat xidməti "X" sosial şəbəkəsində bununla bağlı paylaşım edib.

"Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. Nazirlər ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, ticarət-iqtisadi, humanitar və təhsil aspektlərini, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər", - paylaşımda deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir