Modern.az

“Bir görəydim ayrılığı kim saldı?” - VİDEO

“Bir görəydim ayrılığı kim saldı?” - VİDEO

Aktual

28 Aprel 2025, 20:43

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər.

İran Prezidenti forumda Azərbaycanın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından bir neçə misra səsləndirib. Pezeşkianın Şəhriyarın vətən həsrəti ilə yazdığı poemadan “Bir görəydim ayrılığı kim saldı?” misrasını səsləndirməsi salonda alqışla qarşılanıb.

Modern.az həmin anın videosunu təqdim edir:

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?