Modern.az

Putin İstanbula getməyəcək - Prezidenti onlar ƏVƏZLƏYƏCƏK

Putin İstanbula getməyəcək - Prezidenti onlar ƏVƏZLƏYƏCƏK

Aktual

13 May 2025, 16:45

Rusiya prezidenti Vladimir Putin mayın 15-də İstanbula səfər etməyi planlaşdırmır.

Modern.az xəbər verir ki, bu barədə Gulagu.net internet layihəsi Rusiya Federal Təhlükəsizlik Xidmətinə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, prezidentin mühafizə xidməti səfərə hazırlaşmır.

Eyni zamanda, Rusiya xüsusi uçuş bölməsinin təyyarəsi xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov üçün İstanbula yola düşməyə hazırlaşır.

Mənbə Putinlə ABŞ prezidenti Donald Tramp arasında gözlənilməz şəxsi razılaşma olacağı təqdirdə qərarın hər an dəyişə biləcəyini istisna etməyib. "Reuters" isə yazıb ki, Tramp öz elçiləri Stiv Vitkoff və Keyt Kelloqu Rusiya və Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün İstanbula göndərir.

Bununla belə, mayın 15-i səhər saatlarında Putinin cədvəlinə Kremldə görüşlər daxildir.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Putinlə birbaşa danışıqlara hazır olduğunu açıqlamışdı. O, cümə axşamı Putini şəxsən Türkiyədə gözləyəcəyini də bildirib.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə